Erməni əsgər atasından etiraz -

Xəstə erməni hərbi qulluqçusu müalicə edilmədən hərbi hissəyə göndərilib.

Metbuat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 6 ay öncə erməni ordusuna çağırılan Narek Sarkisyan xəstə olduğu halda işğal altında olan Ağdərəyə hərbi xidmətə göndərilib.

Belə ki, Sarkisyan məzuniyyətdə olarkən səhhəti pisləşib və yanvarın 9-da Xankəndi hərbi hospitalına göndərilib. Hərbi hospitalda müalicə edilmədən geri, xidmət etdiyi Ağdərədəki hərbi hissəyə göndərilib.

Hərbi qulluqçu Narek Sarkisyanın atası bildirib ki, oğlu uşaq vaxtından ağrı və xəstəlikdən əziyyət çəkib.
"Son zamanlar həkimlərdən biri ona “İrəvan xəstəliyi” diaqnozu verib. Daha sonra qərara gəliblər ki, genetik analiz həyata keçirilsin. O, tibb müəssisələrindən birində stasionar müalicə olunub. Xəstəliyi təsdiqlənməyərək, hərbi komissarlığın tibb komissiyasına tövsiyyə edilib. Lakin hərbi komissarlıqda ciddi müayinə aparılmayıb", -deyə əsgər atası bildirib.

Əsər atasının sözlərinə görə, 6 aylıq xidməti ərzində onun oğlu 3 ay hərbi hospitalda müalicə olunub. Oğlunun hərbi xidmətə aparılmaması üçün Ermənistan müdafiə nazirliyinə müraciət etsə də heç bir faydası olmayıb. Ona, müdafiə nazirliyi tərəfindən hərbi qulluqçunun səhhəti ilə bağlı qaynar xəttə zəng etmək tövsiyyə edilib. Bundan əlavə, Ombudsman ofisindən zəng edilərək şikayətçiyə ərizə ilə müraciət etmək tövsiyyə edilib./Ordu.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR