Tiryək alverçisi tutuldu

Tiryək alverçisi tutuldu
22:24 16 Yanvar 2018
85 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda narkotik alverçisi saxlanılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon Polis Şöbəsinin əməliyyat  tədbirləri nəticəsində əvvələr məhkum olunmuş Salyan sakini, 1959-cu il təvəllüdlü Məmmədov İbrahim Oktay oğlu şübhəli şəxs qismində saxlanılıb. İbrahim Məmmədovun üzərinə baxış zamanı ondan 1 ədəd kibrit qutusunda və 9 ədəd selofan bükümdə, ümumi çəkisi 25 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Salyan rayon Polis Şöbəsində  cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR