“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumatda həmçinin deyilir ki, fərdi yaşayış evlərinin 626,7 min kvadratmetri və ya 39,2%-i kənd yerlərində tikilib. Əhalinin vəsaiti hesabına tikilmiş fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadratmetr olub. Evlərin 59,3%-i Naxçıvan MR-da, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa olunub.