Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başlayıb

Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun iclası başlayıb
13:37 17 Yanvar 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.
Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.
İşçi görüşü yanvarın 18-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: https://report.az/herbi/bakida-herbi-emekdasliq-uzre-azerbaycan-pakistan-isci-qrupunun-iclasi-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR