Qaxda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb

Qaxda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb
15:02 17 Yanvar 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax. 17 yanvar. REPORT.AZ/ Qax rayonunda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri, İ.Dağıstanlı küçəsində baş verib.
Belə ki, həmin küçədə dərinliyi 3 metrə yaxın olan, su kanalın üzərində yerləşən körpüdən keçərkən 1940-cı il təvllüdlü Nemət Məhəmməd oğlu Maqsudov kanala düşüb. Ətrafdakıların köməkliyi ilə qoca kişi su kanalından çıxarılıb və Təcili Tibbi Yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və vəziyyəti ağırdır. 
Faktla bağlı araşdırmalara başlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-78-yasli-kisi-korpuden-kecerken-su-kanalina-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR