Azərbaycan millisi İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi İran yığması ilə iki yoldaşlıq oyunu keçirəcək
10:02 18 Yanvar 2018
61 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 yanvar. REPORT.AZ/ Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Joze Alesio Da Silvannın rəhbərlik etdiyi kollektiv yanvarın 23-də və 24-də İran millisi ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final mərhələsində fevralın 2-də Fransa, fevralın 4-də isə İspaniya yığması ilə qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-millisi-i-ran-yigmasi-ile-iki-yoldasliq-oyunu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR