Moskva nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə qoşulmayacaq

Moskva nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə qoşulmayacaq
08:12 19 Yanvar 2018
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə (NSQM) qoşulmayacaq.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının nüvə silahının qadağan olunmasına dair məsələlər üzrə iclasında çıxışı zamanı deyib.
"Rusiya NSQM-ya qoşulmaq niyyətində deyil. Biz bu məsələdə onu əsas tuturuq ki, nüvə silahının tam ləğvi yalnız hamı üçün, o cümlədən NSQM-nin nəzərdə tutduğu kimi nüvə silahının sahibləri üçün bərabər və bölünməz təhlükəsizliyin təmin olunması şəraitində ümumi və tam tərksilah kontekstində mümkündür", - deyə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun sözlərini sitat gətirib.
Rusiya ilə yanaşı bu müqaviləni ötən ilin iyulunda digər nüvə dövlətləri, o cümlədən ABŞ və Çin də imzalamayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskva-nuve-silahinin-qadagan-edilmesi-haqqinda-muqavileye-qosulmayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR