DGK: Azərbaycan işlənmiş avtomobil təkərlərinə idxal rüsumunu 3 dəfə artırıb

DGK: Azərbaycan işlənmiş avtomobil təkərlərinə idxal rüsumunu 3 dəfə artırıb
11:47 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan bu ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev deyib.
"Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57%-i dəyişməyib. Dəyişən tariflərin yalnız 7%-i artırılıb", - deyə S.Mehdiyev əlavə edib.
DGK rəsmisi işlənmiş təkərlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına münasibət bildirib: "Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük".
DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib: "Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli bu rüsumu da ödəyə bilərsiz".

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dgk-azerbaycan-islenmis-avtomobil-tekerlerine-idxal-rusumunu-3-defe-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR