Vergidən yayınmaya qarşı SƏRT TƏDBİRLƏR

Vergidən yayınmaya qarşı SƏRT TƏDBİRLƏR
12:13 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

“2017-ci ildə 3.9 milyard dollar vəsait vergiyə cəlb edilməyib”.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, həmin vəsaitin 700 milyondan çoxu lizinq əməliyyatları vasitəsilə xərcləndiyi üçün vergiyə cəlb edilməyib:

“306 milyon dolların vergiyə cəlb edilməmənin səbəbi sahibkarlara təşviq səlahiyyətilə verilməsi ilə bağlıdır. Bu siyahıya bir sıra təşkilatlarla bağladığımız azad ticarət zonalardan idxal edilən məhsullar, həmçinin humanitar yardımlar da daxildir. 460 milyon isə Nazirlər Kabinetinin müvafiq qərarları ilə bağlıdır”.

DGK-nin sədri Aydın Əliyev bildirib ki, qanunsuz vergidən yayınma hallarına qarşı isə sərt tədbirlər həyata keçirilib.

“Son iki il ərzində digər ölkələrin gömrük idarələrinə qiymətləndirmə sənədləri ilə bağlı 1600-dən çox sənəd göndərmişik. Burada təəssüf ki, vergidən yayınma hallara rast gəlirik”, deyə komitə sədri qeyd edib.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/228254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR