Sərxoş polis zabiti “Porsche”ni Nazarbayevin sarayına çırpdı

Qazaxıstanın paytaxtı Astanada sərxoş polis əməkdaşı idarə etdiyi “Porsche Cayenne” avtomobilini prezident Nursultan Nazarbayevin iqamətgahının hasarına çırpıb.

Azvision.az xəbər verir ki, hadisə yanvar ayının 17-də gecə saatlarında qeydə alınıb. Avtomobili polis baş leytenantı E. İmanbəyov idarə edirmiş.

Araşdırma zamanı aşkar edilib ki, avtomobil həmin şəxsin adına olmayıb. Belə ki, “Porsche Cayenne” avtomobili onun həmkarı, polis kapitanı Cumahmedova aiddir. Qəza zamanı o, avtomobildə olsa da, hadisə yerindən qaçıb.

Hazırda faktla bağlı araşdırma aparılır. Hər iki polis vəzifəsindən uzaqlaşdırılıb. Bundan başqa, fərdi tərbiyə işinin zəif təşkilinə görə, polislərin işlədiyi idarənin rəhbərləri ciddi intizam məsuliyyətinə cəlb olunub./ virtualaz.org


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR