“Fitch” Türkiyədəki ofisini bağlayır

“Fitch” Türkiyədəki ofisini bağlayır
14:27 20 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ “Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən törəmə şirkətinin fəaliyyətini dayandırmağa qərar verib.
Bu barədə “Report” türk mətbuatına istinadən xəbər verir.
Məlumata görə, agentlik bununla bağlı yaydığı açıqlamada müəyyən qiymətləndirmələrdən sonra Türkiyə ofisinin bağlanılmasına qərar verdiyini bəyan edib. Qeyd edək ki, sözügedən şirkət indiyə qədər ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 75 şirkətə reytinq verib.
Bu arada, “Fitch” yenidən Türkiyənin xarici valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz isə “Sabit” saxlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/fitch-turkiyedeki-ofisini-baglayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR