Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb

Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb
16:47 20 Yanvar 2018
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 20 yanvar. REPORT.AZ/ Çinin şimal-qərbindəki Sian şəhərində nəhəng hava təmizləyicisi test rejimində işə düşüb.
Bu barədə "Report" "South China Morning Post"a istinadən xəbər verir.
Qurğu yüz metrlik qüllə şəklində hazırlanıb. Hava sistemə daxil olduqdan sonra Günəş enerjisi ilə qızdırılmaqla qüllə üzrə yuxarı hərəkət edir və bir çox filtrdən keçir. Sistem ətrafında inşa edilmiş istilik stansiyalarının hesabına fəaliyyət göstərir.
Hava təmizləyicinin yaradıcıları dünyada bunun analoqunun olmadığını iddia edirlər.
Nəşrin yazdığına görə, Sian Çinin ən çirkli şəhərləri sırasında ilk onluqda qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/cinde-dunyanin-en-boyuk-hava-temizleyicisi-ise-dusub-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR