Ərdoğan 20 Yanvar şəhidlərini andı

Ərdoğan 20 Yanvar şəhidlərini andı
20:18 20 Yanvar 2018
62 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.

Publika.az "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə prezidenti bununla bağlı "Twitter"də paylaşım edib.

"28 il əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən 20 Yanvar şəhidlərinin ehtiramla yad edirəm. Azərbaycanlı qardaşlarımızın kədərini paylaşıram. Türkiyə olaraq həmişə Azərbaycanın yanında olacayıq", – deyə o bildirib.

Türkiyə prezidenti paylaşımında Azərbaycan və Türkiyə bayraqlarından və #20Yanvar həştəqindən istifadə edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/228423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR