Şakira İspaniyada vergidən yayınmaqda şübhəli bilinir

Şakira İspaniyada vergidən yayınmaqda şübhəli bilinir
01:14 22 Yanvar 2018
128 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın vergi xidməti orqanları məşhur Kolumbiya müğənnisi Şakiranın vergidən yayındığını güman edərək prokurorluğa müraciət ediblər.

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə, söhbət bir neçə milyon avrodan gedir.

 

Müğənni 2010-2017-ci illər ərzində ispan futbolçu Jerar Pike ilə münasibətdə olub. Cütlük öz münasibətlərini 2011-ci ildə rəsmiləşdirib, lakin Şakira İspaniyanın vergi orqanlarında qeydiyyata 2015-ci ildə düşüb. Belə olan halda, vergi əməkdaşları müğənnini vaxtın böyük hissəsini bu ölkənin ərazisində yaşamasına baxmayaraq, 4 il ərzində vergi ödəməkdən boyun qaçırmaqda şübhəli bilirlər. Şakiranın nümayəndələrinin iddiasına görə, müğənni İspaniyada vergi rezidenti hesab olunması üçün qanunla müəyyən edilmiş 183 gündən az yaşayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292870

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR