"Arsenal" Obameyanqı transfer etmək üçün fəaliyyətə başlayıb. Bu barədə qabonlu hücumçunun şərəfini qorduğu "Borussiya"nın rəsmisi Hans-Yoahim Vatzke məlumat verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun direktoru "topçular"ın təklif etdiyi məbləği açıqlamadan boyun qaçırıb.
"Təsdiq edə bilrəm ki, Pyer-Emerik Obameyanqa görə "Arsenal"dan ilk sorğu almışıq. İngilis klubundan bizə təklif olunan konkret məbləği açıqlamaq niyyətində deyilik"- Vatzke deyib.
İngiltərə mətbuatı "Arsenal"ın 28 yaşlı forvardın transferinə 50 milyon avro xərcləməyə hazır olduğunu yazır. Komandanın baş məşqçisi Arsen Venqer isə futbolçu ilə danışıq aparmadıqlarını bildirib.
Milli.Az