Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü saxlanıldı

Bakıda avtomobil qaçıran dəstənin daha iki üzvü müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulan Azər Salayevlə bağlı aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb.

Belə ki, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki “VAZ-2104” markalı avtomobilləri qaçırması və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətməsi də müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Nicat Ağabəyov və Elşən Babayev müəyyən edilərək saxlanılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR