SOCAR ötən il 21 mln. ton xam neft ixrac edib

SOCAR ötən il 21 mln. ton xam neft ixrac edib
15:02 22 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 2017-ci ildə xam neftin ixracı 20,7 mln. ton təşkil edib.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
“Ümumi gəlirlərin artımında neft və neft-kimya məhsulları mühüm yer tutur. 2017-ci ildə SOCAR üzrə Azərbaycandan 1,5 mln. ton neft emalı və neft-kimya məhsulu ixrac edilib. İxrac olunan emal və kimya sənayesi məhsullarının əsas həcmi dizel və təyyarə yanacaqları, yüksək təzyiqli polietilen, koks, propilen, maye qaz və maye piroliz qətranı kimi maddələrin payına düşür”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, neft ixracının müsbət dinamikası SOCAR üzrə neft və qaz ticarət əməliyyatlarının həcminin artması ilə bağlıdır: “Bununla yanaşı, dünya bazarında Azərbaycan neftinə olan tələbat keçən il də yüksək olub”.
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib ki, SOCAR Azərbaycan neftini dünya bazarlarında ən keyfiyyətli neft növlərindən biri sayılan “Azeri Light” brendi altında təqdim edir: “Azeri Light” neftinin məhz müstəqil brend kimi bazara çıxarılması milli sərvətimizin dəyərini artırıb”.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-oten-il-21-mln-ton-xam-neft-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR