Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında naməlum şəxslər Əfqanıstan paytaxtı Kabildə BMT missiyasının əməkdaşlarına hücum ediblər.
Bu barədə "Report" "Khaama Press"ə istinadən xəbər verir.
Qadın azyaşlı oğlunu məktəbə aparan zaman hər ikisi paytaxtın Xair Xana bölgəsində naməlum şəxslər tərəfindən qaçırılıb. Bundan başqa, naməlum şəxslərin hücumu zamanı bir nəfər həlak olub, biri saxlanılıb.