Azərbaycan - Kosova matçının keçiriləcəyi stadion müəyyənləşib

Azərbaycan - Kosova matçının keçiriləcəyi stadion müəyyənləşib
15:27 22 Yanvar 2018
72 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan və Kosova yığmaları arasında yoldaşlıq oyununun keçiriləcəyi stadion müəyyənləşib.
Milli komandanın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, fevralın 2-də Antalya toplanışı çərçivəsində baş tutacaq matç "Mardan" stadionunda təşkil olunacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi yanvarın 30-da Moldova yığması ilə də "Mardan" stadionunda üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-kosova-matcinin-kecirileceyi-stadion-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR