Bakıda üzərində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Bakıda üzərində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb
15:53 22 Yanvar 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Məlum olub ki, həmin şəxs Bakı şəhər sakini Cəlal Nürəddin oğlu Əliyevdir.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında 2 ədəd patron olan “TT” markalı tapança aşkar olunaraq götürülüb.

Xatırladaq ki, C.Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR