“Bunu tezliklə etməlisiniz” - Avropaya ÇAĞIRIŞ

“Bunu tezliklə etməlisiniz” - Avropaya ÇAĞIRIŞ
19:13 22 Yanvar 2018
113 Dünya
Ölkə mətbuatı
A- A+

Fələstin lideri Mahmud Abbas Avropa İttifaqını tezliklə Fələstin dövlətini tanımağa çağırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Mahmud Abbas bu haqda Avropa İttifaqına üzv ölkələrin Xarici İşlər Nazirliyinin başçıları ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

“Biz Avropa İttifaqının mövqeyinə hörmət edirik. Biz həqiqətən Avropa İttifaqını əsl partnyor hesab edirik. Buna görə də quruma üzv ölkələri Fələstin dövlətini tezliklə tanımağa çağırırıq. Və təsdiq edirik ki, tanınma və danışıqların bərpa olunması arasında ziddiyyətlər yoxdur”, - Fələstin lideri deyib.

Onun sözlərinə görə, bu, Fələstin xalqında sülhə ümid yaradardı. Mahmud Abbas qeyd edib ki, Fələstin tərəfi İsrail və başqa tərəflərlə imzalanmış bütün razılaşmaları yerinə yetirməyə davam etmək niyyətindədir.

“Amma eyni zamanda İsraili bu müqavilələri yerinə yetirməyə çağırırıq. Təsəvvür etmək olmaz ki, müqavilələri yalnız bir tərəf yerinə yetirsin”, - Abbas deyib.

Qeyd edək ki, fələstinlilər ənənəvi beynəlxalq hüququn bazasında İsraillə münaqişənin nizama salınmasına nail olmaq istəyir. Fələstin paytaxtı Şərqi Qüds olmaqla, 1967-ci il sərhədləri çərçivəsində dövlətin yaradılmasına çalışır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR