Prezident Trampın Davosa səfəri sual altındadır -

ABŞ prezidenti Donald Trampın Davosda keçirilən beynəlxalq iqtisadi foruma səfəri hökumətin işinin dayandırılması səbəbindən sual altındadır.

Metbuat.az-ın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders bəyan edib.

«Düşünmürəm ki, bu mümkündür. Hazırda prioritetimiz hökumətin işini bərpa etməkdir”, deyə S.Sanders vurğulayıb.

Yanvarın 20-ə keçən gecə ABŞ-da maliyyələşmənin kəsilməsi səbəbi ilə federal hökumət fəaliyyətini dayandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR