Klub rəhbəri: "Alpinistlərin axtarışları hələ nəticə verməyib"

Klub rəhbəri: "Alpinistlərin axtarışları hələ nəticə verməyib"
10:17 23 Yanvar 2018
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ "İtkin düşən alpinistlərin yerini müəyyən etmək üçün axtarışlar Mahmuddərə ərazisində davam edir".
Bunu "Report"a açıqlamasında "Gilavar" Hava-Ekstremal İdman Klubunun rəhbəri Ziya Qasımov deyib.
O bildirib ki, indiyə qədər alpinistlərlə bağlı heç bir izə rast gəlinməyib: "Hələ ki, axtarışlar nəticə verməyib".
Klub direktoru xatırladıb ki, alpinistlərin axtarışı ilə Fövqəladə Hallah Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, federasiyanın könüllüləri məşğul olur.
Qeyd edək ki, keçən ilin dekabrın 23-də “Şahdağ” Milli Parkı ərazisində yerləşən “Tufandağ” zirvəsi istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/klub-rehberi-alpinistlerin-axtarislari-hele-netice-vermeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR