Partlayış riskinə görə metronu bağladılar

İngiltərənin paytaxtı Londonda yerləşən metrostansiyalardan biri boşaldılıb.

Metbuat.az-ın xəbərinə görə, London polisi qaz sızması səbəbi ilə Çarinq Kross metrostansiyasını bağlayıb. Ətrafdakı otel və gecə klublarındakı əhali partlama riskinə qarşı təxliyə edilib.

Təxminən 1450 nəfərin bölgədən təxliyə olunduğu deyilir.

Ərazidə araşdırmalar davam edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR