Hacı Zeynalabdin Tağıyevin imzası ilə olan şəkli

Milli Azərbaycan Tarixi Muzeyinə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin foto-şəkli hədiyyə edilib.

Muzeydən Metbuat.az-a verilən məlumata görə, foto-şəkli muzeyə Türkiyədə yaşayan həmyerlimiz, Anadolu Universitetinin professoru Zaur Mükərrəm (Məhərrəmov) təqdim edib.

Foto-şəklin arxa hissəsində “Əli Hüseynzadəyə yadigar, 3 kanunu-əvvəl (dekabr), 1910” sözləri yazılıb.

Foto-şəklin arxasında H.Z.Tağıyevin öz imzası da var.

"Qara qızıl"ın 2019-cu ilə qədərki PROQNOZU - Ucuzlaşmayacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR