Ötən gün 121 cinayət faktı qeydə alınıb

Ötən gün 121 cinayət faktı qeydə alınıb
09:12 24 Yanvar 2018
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları ötən gün ərzində 121 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oten-gun-121-cinayet-fakti-qeyde-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR