® “Grand Hospital” 56 yaşlı qadını yenidən həyata qaytardı - VİDEO

® “Grand Hospital” 56 yaşlı qadını yenidən həyata qaytardı - VİDEO
10:04 24 Yanvar 2018
48 Digər
Ölkə mətbuatı
A- A+

Ağır yol qəzasında ciddi xəsarət alan 56 yaşlı paytaxt sakini Xırdaxanım Bağırova qapalı kəllə beyin travması və politravma diaqnozu ilə Bakıda fəaliyyət göstərən dövlət xəstəxanalarının birinə daxil olub. Müayinənin tam dolğun aparılmaması səbəbindən xəstəyə lazımı tibbi yardımı göstərilməyib və pasientin yaxınları onu “Grand Hospital”a yerləşdiriblər.

Klinikanın baş həkimi Şahin Manafovun sözlərinə görə, xəstənin ilkin müayinəsi zamanı  onda 1-ci və 2-ci dərəcələri boyun fəqərələrinin yer dəyişmiş sınığı, eləcə də onurğa beyin kompressiyası aşkar edilib: “ Xəstənin minimal hərəkəti onun həyatına son qoya bilərdi. Ancaq klinikanın həkimləri və tibbi personalının səyi nəticəsində xəstə normal həyata qayıtmaq şansı əldə etdi”.

X.Bağırova da öz növbəsində onu ölümün caynağından qurtaran “Grand Hospital” həkimlərinə təşəkkürünü bildirib: “ Mən bu həkimlərin əməyi nəticəsində dünyaya qayıtdım. Buradaki həkimlərdən çox razıyam. Onların tək peşəkarlığı deyil, insanlığı və gülərüzlüyü adama məlhəm olur. Göydə Allah, yerdə “Grand Hospial”ın həkimləri...”

“Grand Hospital”da transpedikulyar fiksasiya əməliyyatı keçirən  X.Bağırova, hazırda tam sağlam həyat tərzinə geri dönüb və xəstəxanadan evə buraxılıb.

Məlumat üçün bildirək ki, "Grand Hospital" 12 mərtəbədən  ibarət korpusa malik, Respublikanın ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, müasir avadanlıqları ilə tibbin bir çox sahələri üzrə fəaliyyət  göstərir.

Əlaqə:

1117
+99412 599 1117 
 

Ünvan: Ünvan: Həsən Əliyev, 38

 

info@grandhospital.az

Facebook @GrandHospitalBaku

Instagram @grand_hospital

www.grandhospital.az

https://www.youtube.com/watch?v=GVvX765aJDE

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/293003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR