Paytaxt məktəblərinə işə qəbul başlayır

Paytaxt məktəblərinə işə qəbul başlayır
13:38 24 Yanvar 2018
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.

BŞTİ-dən Publika.az-a verilən məlumata görə, imtahanlar yanvarın 29-30-da Bakı şəhəri 220 nömrəli məktəb-liseyin inzibati binasında təşkil olunacaq.

I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb. Onlardan 91-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.

Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat yanvarın 26-dək şəxsi səhifəyə göndəriləcək.

İmtahana buraxılış, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan müəyyənləşdirilmiş vaxtdan 30 dəqiqə əvvəl imtahanın keçirildiyi məntəqədə olmaları xahiş edilir.

İştirakçı imtahan zalına daxil olmaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əks halda, namizədin imtahanda iştirakı mümkün olmayacaq.İmtahanda iştirak etmək üçün iştirakçının iş nömrəsini bilməsi zəruridir. Müsabiqənin hər hansı mərhələsində elektron ərizədəki məlumatlarla mövcud vəziyyət arasında uyğunsuzluq aşkarlanarsa, namizədlərin nəticələri ləğv olunacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/228827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR