"5/5"də Zaurun qonağı olan Tacir aparıcının suallarına sərbəst cavabları ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, bəlkə özü də bilmədən hər cavabı ilə qınaq obyektinə çevrilən Tacirə Zaurun ünvanladığı "Hansı müğənni Tacir Şahmaloğludan yaxşı oxuyur?" sualına verdiyi cavab daha çox təəccübləndirib:

"Məndən yaxşı oxuyan var bu dövrdə?! Yoxdur!"

Müğənninin cavabının aparıcı üçün gözlənilməz olduğu onun üz ifadəsindən hiss edilib.

Məhəmməd Vaqif
Milli.Az