Dağlıq Qarabağ danışıqlarında effektivlik artmalıdır - Zaxarovanın açıqlaması nəyə hesablanıb?

Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində aktivliyi yox, effektivliyi artırmaq lazımdır.

Metbuat.az-ın məlumatına görə, XİN rəsmisi deyib ki, düşünürəm ki, hər kəs bununla məşğul olacaq.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyev bildirib ki, son zamanlar mütəmadi olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli metodları və hansı üsullarla həll olunması ilə bağlı həm siyasi şərhçilər, həm də politoloqlar səviyyəsində Rusiya tərəfindən sanki Azərbaycana mesajlar gəlir: “Kimsə müharibə anonsu verir, kimsə danışıqlar anonsu verir. Son vaxtlar xarici işlər naziri Sergey Lavrov da iki dəfə bəyənatla çıxış edib və Rusiyanın məhz açar fiqur olmadığını bəyan edib və Rusiyada, Ermənistanda seçkilər ərəfəsində bu problemləri Azərbaycan və Ermənistanın üzərinə qoymağa çalışır. Bundan başqa ATƏT-in Minsk qrupunun həmsədr təmsilçisi İqor Popov da açıqlama ilə çıxış edib ki, qoşunların təmas xəttində müəyyən irəliləyişlər olmalıdır, eyni zamanda müşahidəçilərin sayı artırılmalıdır və bu istiqamətdə müvafiq addımlar atılır.

Bundan başqa, məlum məsələdir ki, Mariya Zaxarovanın da çıxışında məhz intensivliyin artması və digər istiqamətlərdə müəyyən açıqlamalar verilib. Amma bunların heç biri münaqişəni bir nöqtədən tərpətmir. Məlum məsələdir ki, Ermənistan Rusiyanın forpostudur. Məhz buna görə də Ermənistanda seçkilərin sakit bir tərzdə keçirilməsi Rusiyaya da xeyir edir. Çünki ictimai rəyin formalaşdırılması üçün Ermənistanda sakitçilik olmalıdır. Bu sakitçiliyi də yaratmaq üçün əsas kart Dağlıq Qarabağ münaqişəsi üzərində oynanılan kartdır. Bu məsələlərə görə Rusiya həddən artıq aktivliyini artırmağa başlayır və öz nüfuz dairəsini genişləndirir. Münaqişənin həllində özünün müsbət rol oynaması haqqında rəy formalaşdırır”.

Politoloq deyir ki, bu il eyni zamanda Rusiyada da seçkilər ilidir və buna görə də qonşu dövlət necə sülhməramlı olduğunu göstərməyə çalışır: “Təbii ki, bu Rusiyada keçirilən seçkilərə də təsir edə bilər və Rusiyada yaşayan erməni elektoratı da bu məsələdə maraqlıdır. Yəni bütün bu proseslərə nəzər salanda görürsüz ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmaqla və orada öz nüfuzunu bərpa eləməklə bərabər, eyni zamanda özü üçün də müəyyən divident qazanmaq üçün bəyanatlarla çıxış edir. Azərbaycanda da seçkilər ilidir, nəyin bahasına olursa-olsun əsas məramımız, məqsədimiz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bizim hərbi metodumuz da həll variantı kimi qalır, öz ərazimizdə antiterror əməliyyatlarının keçirilməsi metodumuz da var, bütün bunların fonunda Rusiya çəkinir ki, birdən hər hansı bir hərbi əməliyyatlar başlayar. 2016-cı ilin aprel hadisələrində dünya ictimaiyyəti Azərbaycanı qınamadı, yəni öz ərazilərindən işğalçıları çıxarmaq istiqamətində müəyyən addımların atılması, 2017-ci ildə diplomatik yolla əldə edilmiş müəyyən qələbələr, eyni zamanda Serj Sarkisyanın AŞPA-dakı çıxışı və s. bütün bu məsələləri nəzərə alaraq Rusiya artıq böyük məramı, məqsədi üçün belə bəyənatlarla çıxış edir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Kənardan ianə verən donorlar da artıq Ermənistandan bezib” – Aydın Hüseynovla MÜSAHİBƏ / FOTOLAR- VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI