Qurumdan "Report"a verilən məlumata görə, mətndə bildirilir ki, İkinci Dünya müharibəsi dövründə yəhudi xalqına qarşı görülməmiş bir soyqırımı akt edilib - yaşlı insanlar, qadınlar, uşaqlar da daxil olmaqla milyonlarla insan faşizmin qurbanı olub və xüsusi qəddarlıqla məhv edilib. Milyonlarca insan, insanlıq qüruru və şərəfinə görə mübarizədə həyatlarını verib.
"Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Holokost Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə bütün yəhudi xalqına və bu faciəli hadisələr zamanı sevdiklərini itirmiş insanlara dərin hüznlə başsağlığı verir. BMT-nin Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul edilmiş A/RES/60/7 saylı qətnamədə deyilir: Beynəlxalq ictimaiyyət, "etnik mənşəli və ya dini inanclardan irəli gələn fərdlər və ya toplumlara qarşı dini dözümsüzlük, təhqir, təqib və şiddətin bütün təzahürlərini birmənalı şəkildə qınayır". Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması bu tezisləri dəstəkləyir və bu ağrıya həmdərd olanlara qoşulur. Bu cür faciələr bir daha təkrar olmamalıdır!", - mətndə qeyd olunub.