"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, ötən ilin dördüncü rübündə "Google Play" mağazasından 19 milyard mobil proqram yüklənilib ki, bu da ötən illə müqayisədə 10% çoxdur. Qeyd etmək lazımdır ki, bu rəqəm yalnız yeni yükləmələrə aiddir. Bu artımı əsasən inkişaf etməkdə olan Hindistan bazarının yeni istifadəçiləri təmin ediblər. Hindistan, hətta 2017-ci ildə "Play Store" və "App Store" mağazalarında yükləmələr üzrə ABŞ-ı geridə qoyub.
2017-ci ilin dördüncü rübündə "App Store" mobil tətbiq mağazasında yükləmələrin sayı 7,7 milyard təşkil edib. Hərçənd bu göstərici "Google Play" ilə müqayisədə 145% azdır, amma "iOS" istifadəçiləri hesabat rübündə 95% daha çox pul xərcləyiblər. Belə ki, "App Store" mağazasının gəliri 11,5 milyard dollar olduğu halda, "Google Play"də bu göstərici yalnız 5,9 milyard dollar təşkil edib.
Emil Hüseynov