"Arsenal" Pyer-Emerik Obameyanqın transfer ilə bağlı Dortmund "Bourussia"sı ilə razılığa gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qabonlu hücumçunun keçidi bu gün baş tutacaq. Bu transfer üçün London klubunun "Borussiya"ya 63 milyon avro ödəyəcəyi iddia edilir.

Qeyd edək ki, 2013-cü ildən Dortmund klubunda çıxış edən Obameyanq bu mövsüm 24 oyuna 21 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində