Neft qiymətlərinin hazırkı səviyyəsi Azərbaycan iqtisadiyyatının mülayim artımını dəstəkləyəcək.

Milli.Az Trend-ə istinadənx xəbər verirki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.

Agentliyin proqnozlarına əsasən, orta müddətli perspektivdə neftin qiyməti bir barrel üçün 40-60 dollar təşkil edəcək.

Mütəxəssislərin fikrincə, bu cür qiymətlər Azərbaycanda, Rusiyada və Qazaxıstanda ticarət üzərində olan təzyiqi azaldır.

Ümumlikdə qeyd olunur ki, 2018-ci ildə MDB ölkələri üçün suveren kreditqabiliyyətliliyi sabit qalacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində