"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müxalifət koalisiyasının tərəfdarları siyasi birliyin lideri, keçmiş baş nazir, prezident seçkilərində uduzmuş Raila Odinqanın "inaqurasiya"sına doğru hərəkət edir. "Andiçmə mərasimi"nin bu gün keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Keniyada prezident seçkiləri avqustun 8-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə hazırkı prezident Uhuru Keniata qalib gəlib. Seçkilərin nəticələrinin açıqlanmasından sonra ölkədə etiraz dalğası baş qaldırıb. Yerli KİV bu müddətdə doqquz nəfərin öldüyünü xəbər verib.