Azərbaycanın enerji sektorunda maliyyə xərclərinin bərpası planı hazırlanacaq.
Milli.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycanın enerji sektorunda maliyyə xərclərinin bərpası planının hazırlanması layihəsi üzrə məsləhətçi şirkət kimi "DNV-GL" şirkəti seçilib: "Şirkət tərəfindən "Elektroenergetikada islahatlar" mövzusunda keçirilmiş seminarda iştirak edilib".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində