Əliyev "Anji"ni tərk edir

Əliyev "Anji"ni tərk edir
16:26 10 Yanvar 2015
170 İdman
Ölkə mətbuatı
A- A+

Ukraynada yaşayan və əslən azərbaycanlı olan yarımmüdafiəçi Aleksandr Əliyev bundan sonra Mahaçkalanın "Anji" klubunda oynamayacaq. Buna səbəb klub ilə futbolçu arasındakı müqavilənin pozulmasıdır.

ANS PRESS-in məlumatına görə, bu barədə kluba yaxın mənbə bildirib.

Məlumat verilib ki, futbolçu Aleksandr Əliyev və baş məşqçi Sergey Taşuyev qarşılıqlı razılığa gələ bilməyiblər və müqavilənin vaxtından əvvəl pozulması haqqında qərar qəbul ediblər.

Xatırladaq ki, A.Əliyev "Anji" klubuna 2014-cü ildə transfer olunub. O, bu müddətdə 15 oyunda yaşıl meydana çıxıb və 3 qol vurub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=318910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR