Çəhrayı avtomobillər veriləcək

Martın 1-dən Omanda qadınlar taksi sürücüsü işləyə biləcəklər.

"Report" xəbər verir ki, bu barədə "Gulf News" nəşri bildirib.

Qeyd edilir ki, ölkə sakinləri sükan arxasında kimin əyləşdiyini dərhal biləcəklər. Belə ki, qadın sürücülərinin taksi avtomobilləri çəhrayı rəngdə və mavi güllərlə rənglənəcək.

Bu halda kişilərin sükan arxasına əyləşdiyi maşınlar narıncı və ağ rənglənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR