Aktyor Tərlan Nuryaşar reklam çəkilişi üçün kameralar önünə keçib.
Metbuat.az-ın məlumatına görə, çəkiliş at tövləsində aparılıb. Həmin vaxt qızlarla birlikdə rəqs edən aktyorun birdən üstünə atlardan biri qaçıb. Bundan diksinən aktyor həmin situasiyadan birtəhər özünü çıxarıb. Aktyor o təhlükəli anları sosial şəbəkəsində izləyicilərinə “At az qala məni tapdalamışdı” statusunu yazıb paylaşıb.
| Tolik Damlanı efirdə ağlatdı - VİDEO - Oxumaq üçün tıkla |