Ağdamda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun İmamqulubəyli kəndində 42 yaşlı Valeh Həsənovun idarə etdiyi "VAZ 2106" markalı, 10 LJ 075 dövlət nömrə nişanlı maşınla piyada Bəhrəm Hüseynov vurulub. Bundan sonra avtomobil asfaltbasana çırpılıb. Nəticədə sürücü, piyada və maşınındakı sərnişin, 50 yaşlı Məhiyyəddin Əliyev müxtəlif bədən xəsarəti ilə Ağdam mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan APA-ya verilən məlumata görə, 24 yaşlı Bəhrəm Hüseynovun vəziyyəti ağırdır, digər 2 nəfərin vəziyyəti stabildir.
Faktla bağlı araşdırma başlanıb.
Milli.Az