Fevralın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək.
Metbuat.az-ın məlumatlna görə, iclasın gündəliyi məlum olub. İclasda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında müdafiə sənayesi və təhsilsahəsində əməkdaşlıq sazişlərinin təsdiq olunması haqqında, “Patent haqqında” qanunda, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunda, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunda, “Dövlət rüsumu haqqında” qanunda, “Baytarlıq haqqında” qanunda, “Fitosanitar nəzarət haqqında” qanunda, “Yeyinti məhsulları haqqında” qanunda, “Standartlaşdırma haqqında” qanunda, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında” qanunda və “Texniki tənzimləmə haqqında” qanunda dəyişikliklər edilməsi, eyni zamanda Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri müzakirə olunacaq.