“Sosial, dini, milli, irqi ayrıseçkiliklə bağlı çağırışların qarşısının alınması üçünq müvafiq planımız var”.

Metbuat.az-ın məlumatına görə, bunu daxili işlər nazirinin müavini Oruc Zalov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

Onun sözlərinə görə, rayonlarda sahə müvəkilləri seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlayıb. Oruc Zalov bildirib ki, daxili işlər naziri Ramil Usubovun əmrinə əsasən, fevralın 19-dan 27-dək əsasən Bakı, Gəncə Baş Polis idarələrində, Şirvan və digər böyük şəhərlərdə ətraf rayonların polis əməkdaşları cəlb olunmaqla, zona müşavirələri keçiriləcək: “Şəffaf, demokratik seçki kampaniyasının aparılmasına heç kim mane ola bilməz. Belə fikrə düşənlər olsa da, qarşısı qətiyyətlə alınacaq”.

“BMT öz nüfuzunu düşünməlidir” - Rövşən Rzayev