Qəbələdə istirahət mərkəzində yanğın olub

Qəbələdə yanğın olub.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 kv.m olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR