Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.
Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə yol kənarında hasara quraşdırılmış elektrik lövhəsində 15 ədəd elektrik sayğacı yanıb.
Yaxınlıqdakı tikililər və transformator yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.