"Görürəm ki, saymazlıq edirlər, xalqa təpik atırlar!"

"Görürəm ki, saymazlıq edirlər, xalqa təpik atırlar!"
23:47 10 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Vasif Məhərrəmli həmkarlarını top atəşinə tutub.
 
Milli.Az gecce.az-a istinadən bildirir ki, sənətçi toyda baş verən qalmaqlardan və həmkarlarının xalqa qarşı biganə olmasından söhbət açıb.
“Hamı yaxşı bilir ki, mən emosionalam, söz götürmürəm. Sənin ləyaqətinə toxunurlar necə sakit dura bilərsən? Mən çox ağıllı insanam.
 
Toy sahibi bir ətək pul töküb bizi dəvət edir. Deyir ki, 6 saat ərzində mənim qonaqlarımın nazını çək. Musiqiçilərim də yaxşı bilir ki, bu onların işidir. Amma toy yiyəsinin başına 2-3 dəfə gələn bir hadisədir. Yüksək səviyyədə işimizi görməliyik. Sənətimi çox sevirəm, ona görə də bir dəfə də olsun toyda insident yaşanmayıb. Bilirəm ki, bütün sərvətim xalqın pulu ilə alınıb. Necə ola bilər ki, xalq sənin üçün bütün şərait yaratsın, amma sən xalqı bəyənməyəsən? Gözümün önündə görürəm ki, saymazlıq edirlər. Kobud desək, xalqa təpik atırlar. Şəkil çəkdirməyə icazə vermirlər. Fəxr elə ki, səninlə şəkil çəkdirirlər", - V.Məhərrəmli deyil.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR