"Mançester Siti" "Uiqan"a uduzaraq İngiltərə Kuboku ilə vidalaşıb

"Mançester Siti" "Uiqan"a uduzaraq İngiltərə Kuboku ilə vidalaşıb
02:27 20 Fevral 2018
151 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə Kubokunun 1/8 final matçında "Uiqan Atletik"ə məğlub olub.
“Report” xəbər verir ki, Uiqan şəhərinin "DW" stadionunda keçirilən matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Birinci hissənin sonunda qonaqlar azlıqda qalıb: Fabian Delf birbaşa qırmızı vərəqə alıb.
"Uiqan" qələbə sayəsində ¼ finala yüksəlib. Komanda burada "Sauthempton" ilə qarşılaşacaq. "Mançester Siti" turniri tərk edib.
İngiltərə Kuboku. 1/8 final
"Uiqan Atletik" – "Mançester Siti" - 1:0
Qol: 1:0 – Qriqq – 79

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/mancester-siti-uiqan-a-uduzaraq-i-ngiltere-kuboku-ile-vidalasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR