Azərbaycanda 6 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 6 dövlət əmlakı özəlləşdirilib
12:47 20 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 1-i səhmdar cəmiyyəti (“Gülşən Ətir” ASC), 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsi olmaqla 6 dövlət əmlakı özəlləşdirilib.
Kiçik dövlət müəssisələri Bakının Sabunçu və Xəzər rayonlarında yerləşir. Bunlar müvafiq olaraq 49 və 96 saylı mağazalardır. Qeyri-yaşayış sahələri isə paytaxtın Suraxanı və Nəsimi rayonlarında, eləcə də Şabran şəhərində yerləşir.
Növbəti belə hərrac fevralın 27-də keçiriləcək. Hərracda özəlləşdirməyə çıxarılmış 74 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanda-6-dovlet-emlaki-ozellesdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR