Sevastopolda qədim gəminin qalıqları tapılıb

Sevastopolda qədim gəminin qalıqları tapılıb
03:52 21 Fevral 2018
168 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Krımın qədim Roma tarixi dövründə, indiki Sevastopol sahilində eramızın II-III əsrlərində batmış gəminin qalıqları Belbek çayının dibində arxeoloqlar tərəfindən sudan çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun sualtı arxeoloji ekspedisiyasının başçısı Viktor Lebedinski TASS-a bildirib.
Lebedinskinin sözlərinə görə, əməliyyatın gedişatında suyun dibindən iki lövbər və s. əşyalar çıxarılıb. Bu əşyalar eramızın II-III əsrinə aiddir.
Bütün tapıntılar Sevastopol Dövlət Universitetinin Dəniz Tədqiqatları və Texnologiyalar Mərkəzinə aparılıb. Orada alimlər artefaktları öyrənəcəklər. 
Tədqiqatçılar aşkarlanmış hissələrin saxlanılması üçün xüsusi məhluldan istifadə edəcəklər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/sevastopolda-qedim-geminin-qaliqlari-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR