İtaliya olimpiadada 3-cü qızıl medalını qazanıb

İtaliya olimpiadada 3-cü qızıl medalını qazanıb
10:12 21 Fevral 2018
64 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin sürətli eniş yarışında qadınların mübarizəsinə yekun vurulub.
"Report"un məlumatına görə, italiyalı Sofiya Qoca 1 dəqiqə 39,22 saniyə nəticə ilə olimpiya çempionu olub. Norveçli Raqnhild Movinkel 1 dəqiqə 39,31 saniyə nəticə ilə gümüş, ABŞ təmsilçisi Lindsi Vonn isə 1 dəqiqə 39,69 saniyə göstərici ilə bürünc medal qazanıb.
Qeyd edək ki, Sofiya Qoca bu növdə qızıl medal qazanan ilk italiyalı xanım idmançıdır. O, hazırkı olimpiadada ölkəsinin aktivinə 3-cü qızıl medalı yazdırıb. İtaliyanın 2 gümüş və 4 bürünc medalı da var. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/i-taliya-olimpiadada-3-cu-qizil-medalini-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR