2018 Pxençan Qış Olimpiya Oyunlarında yarışan Norveç milli komandasının üzvü Marit Byoerqen Olimpiya tarixində bir ilkə imza atıb.

Publika.az xəbər verir ki, xizək ustası 14-cü medalını qazanaraq Olimpiya tarixində ən çox dərəcə alan idmançı olub.

Daha öncə bu rekord 13 medalla Ole Eynar Byoerndalenə məxsus idi.

Olimpiya Oyunlarında BİR İLK - Qadın xizəkçi inanılmazı BACARDI

Qeyd edək ki, Byoerqen 18 medallı SSRİ təmsilçisi olan Larisa Latyninadan sonra həm Qış, həm də Yay Olimpiya Oyunlarında "ən uğurlu 2-ci qadın idmançı" ünvanına sahib olub.

Zümrüd